Xüsusi texnika icarəsinin Azərbaycan bazarında lideri

      (055) 320 00 66,    (070) 320 00 66

Xüsusi texnika icarəyə

Haqqımızda

Şirkətimiz müxtəlif iş növlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş geniş xüsusi texnika seçiminə malikdir. Biz sizə 300 tonadək yük qaldırıcılıq qabiliyyəti olan avtokranlar, xüsusi ağır və az qabaritli yüklərin daşınması üçün yüksək yükqaldırıcılıq qabiliyyətinə malik alçaq ramalı platformalar, beton nasoslar, qarışdırıcılar, özüboşaldan maşınlar, avtoqüllələr, frontal yükləyicilər, təkərli və tırtıllı ekskavatorlar, yükləyici ekskavatorlar təklif edə bilərik.

Mütəxəssislərimizin öhdəsindən gələ bilməyəcəyi işin olduğunu təsəvvür etmək çətindir. Təcrübə göstərir ki, xüsusi texnikanı yalnız peşəkar şirkətlərdən icarəyə götürmək lazımdır, bu, sizə: yüksək keyfiyyətli xidmətin göstərilməsinə; tikinti maşınları və avadanlıqlarının geniş çeşidinə; tikinti texnikasının münasib qiymətə götürülməsinə imkan verir. Bütün sadalananlardan savayı, qeyd etmək lazımdır ki, peşəkar şirkətlə əməkdaşlığın xüsusi texnikanın tikinti meydançasına və ya müəyyən işlərin görüldüyü sahəyə təkcə razılaşdırılmış dəqiq vaxtda deyil, həm də onun saz vəziyyətdə çatdırılmasından əmin olmaqdır. Niyə görə xüsusi texnikanın icarə xidmətləri bu qədər məşhurdur?

Tikinti texnikasını icarəyə götürərkən siz onun saxlanılması üçün yerin təşkil olunması məsələsinə görə narahat olmağınıza, onu almaq və müntəzəm olaraq texniki baxışdan keçirmək üçün vəsait sərf etməyinizə ehtiyac yoxdur. Artıq bu gün tikinti texnikasının icarəyə götürülməsi, həm də bütün işləri tez, keyfiyyətli və əlverişli qiymətlərlə yerinə yetirmək istəyən şirkətlərin əksəriyyəti üçün çox uyğundur. Bizim xüsusi texnikalarımız Bakıda və digər şəhər ətrafı yerlərdə işləyir, həmçinin biz xüsusi texnikamızın Azərbaycanın digər regionlarına da aparılmasını təmin edə bilərik.