Xüsusi texnika icarəsinin Azərbaycan bazarında lideri

      (055) 320 00 66,    (070) 320 00 66

Xüsusi texnika icarəyə

Bu gün hər hansı tikinti layihəsinin xüsusi təyinatlı texnikanın tətbiqi olmadan reallaşdırılmasını təsəvvür etmək çətindir. İstənilən tikintinin başlanması üçün sahəni təmizləyib onu sonrakı işlərin görülməsi üçün hazırlayan buldozerin obyektə gətirilməsi əvəzolunmaz atributdur. Lakin, buldozerin istifadə sahəsi təkcə bununla məhdudlaşmır, bu xüsusi texnika növü geniş iş spektrinin yerinə yetirilməsinə imkanlarına malikdir: dənliklərin tikilməsi, xəndəklərin qazılması və doldurulması, dənəvər materialların qısa məsafələrə aparılması, meydançaların təmizlənməsi və hamarlanması, zibil və tullantıların aparılması, qar topalarının yığımı.

Buldozerin icarəyə götürülməsi onu almaqdan daha sərfəlidir, belə ki, onun saxlanılması, texniki xidməti və təmiri üçün tələb olunan vəsaitin qənaət edilməsinə imkan verir. Biz optimal qiymətlərlə və istənilən müddətə buldozerləri icarəyə veririk. Təklif etdiyimiz buldozerlər böyük gücə, keyfiyyətli və qənaətcil mühərriklərə, geniş kabinlərə malik, müasir idarəetmə sistemi, kondisioner, çoxfunksiyalı çeviricilərlə təchiz edilmiş və ən dar və əlverişsiz şərtlərdə yerqazan və planlaşdırma işlərinin yerinə yetirilməsinə uyğunlaşdırılmış yüksək istehsallı, etibarlı tikinti maşınlarıdır.

Dayanacaqda mövcud olan:

AdModelTonnajNövİlSay
Buldozer Shantui 20 t-60 t Sepli 2010 2
Buldozer Komatsu 40 t-60 t Sepli 2008 2
Buldozer Pengpu 40 t Sepli 2011 2